"O, çox çalışır. Özünə güvəni var, inkişaf etmək istəyir. Boyunun hündür olmasına baxmayaraq, sürətli və aqressivdir. İtaliyada yaxşı işlər görür. Ümid edirəm ki, zədədən sonra da bunu davam etdirə biləcəcək"

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim İtaliyanın "La Gazatte dello Sport" nəşrinə müsahibə verib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis koronavirusla mübarizəsindən danışıb:

"Dünya böyük bir imtahan verir. Hazırda səhhətimdə heç bir problem yoxdur. Evdəyəm və istirahət edirəm. Qorxu sözü yaşadıqlarımın yanında yetərsiz qalar. İtaliyada koronavirusa yoluxub sağalanlar məni daha yaxşı başa düşər".

66 yaşlı çalışdırıcı hazırda "Yuventus"da çıxış edən Türkiyə millisinin üzvü Merih Demiral barəsində də danışıb: "O, çox çalışır. özünə güvəni var, inkişaf etmək istəyir. Boyunun hündür olmasına baxmayaraq, sürətli və aqressivdir. İtaliyada yaxşı işlər görür. ümid edirəm ki, zədədən sonra da bunu davam etdirə biləcəcək".

Qeyd edək ki, Terimin koronavirus testi pozitiv çıxmışdı. O, bir müddət müalicə aldıqdan sonra sağaldığını açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest