"Ailə üzvlərim 2 həftə xəstə idi. Bunun koronavirus olub-olmadığını bilmirik". Matc.az xəbər verir ki, bunu "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin de Bruyne deyib.

O, ailəsi ilə birlikdə yaşadığı xəstəliklərdən və özünü təcrid etmək təlimindən danışıb.

"İndi yaxşıyam. İki həftə ailəm xəstə idi, vəziyyət sabit deyildi. Ancaq indi hər kəs sağlamdı. Koronavirusun olub-olmadığını bilmirik. İndi yaxşı işlər görürük. Əsasən qaçıram, həmçinin üzgüçülük və müxtəlif məşqlər arasında seçim edirəm.  Əlbəttə ki, klub da bizə təlim proqramları göndərir", deyə Bruyne bildirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest