Koronavirus pandemiyası ilə mübarizədəki ehtiyat tədbirləri növbəti mövsümə təsir edərsə və azarkeşsiz oyunlar noyabr ayına qədər keçiriləcəksə, klubun itkiləri 30 milyon avroya çata bilər.

İspaniya La Liqasında mövsümün qalan oyunları boş tribunalar önündə  keçirilərsə və ya çempionat ləğv olunarsa, "Barselona"nın üzləşəcəyi ziyanın məbləği məlum oldu. Matc.az xəbər verir ki,  Kataloniya klubu yalnız "Nou Kamp"da keçirilən hər oyuna bilet satışından 3,3 milyon avro itirir. Bu səbəbdən mövsümün sonuna qədər "Barselona" təxminən 25 milyon avro ziyana düşəcək.

Koronavirus pandemiyası ilə mübarizədəki ehtiyat tədbirləri növbəti mövsümə təsir edərsə və azarkeşsiz oyunlar noyabr ayına qədər keçiriləcəksə, klubun itkiləri 30 milyon avroya çata bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest