İngiltərə Premyer Liqası növbəti mövsüm də azarkeşsiz keçirilə bilər. Matc.az xəbər verir ki, bu barədə çempionatın tibb məsləhətçisi Mark Jilett açıqlama verib.

O bildirib ki, koronavirus infeksiyası hələ 6-12 ay davam edəcək. Jilett insanların bunu baş düşməsi və bir müddət belə yaşamağa alışmalı olduqlarını vurğulayıb.

Qeyd edək ki, Premyer Liqada komandaların gələn həftədən məşqləri bərpa edəcəyi gözlənilir. İyunun ortalarında isə çempionatın davam edəcəyi ehtimal edilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest