"Real"ın yarımmüdafiəçisi Qaret Beyl Amerika klubuna təklif edilib. Matc.az xəbər verir ki, bu barədə "The Atletic" nəşri məlumat yayıb.

Bildirilir ki, futbolçunun agenti Şərq Konfrasnı təmsilçilərindən biri ilə görüşüb. Ancaq həmin klub uelsli futbolçunu almaqdan imtina edib.

Mövsüm sonunda Madrid klubundan ayrılacağı gözlənilən 30 yaşlı oyunçunun karyerasını harda davam edəcəyi bəlli deyil. Daha öncə onun yenidən Premyer Liqaya qayıdacağı iddia edilirdi.

Qeyd edək ki, Beyl 2013-cü ildə 100 milyon avro qarşılığında "Real"a transfer olunub. O, "kral klubu"nda keçirdiyi 169 matçda 80 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest