Gözlənilməz çempionluqlar arasında "Tvente"nin 2010-cu ildə qazandığı birincilik də var. Həmin vaxt Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov da Niderland klubunun heyətində yer alırdı

Avropanın sürpriz ölkə çempionları ilə bağlı araşdırma aparılıb. Matc.az xəbər verir ki, siyahıya 14 klubu daxil edib.

Gözlənilməz çempionluqlar arasında "Tvente"nin 2010-cu ildə qazandığı birincilik də var. Həmin vaxt Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov da Niderland klubunun heyətində yer alırdı.

Türkiyənin "Bursaspor" klubunun 2010-cu ildə çempion olması da gözlənilməz nəticələrdən hesab olunub.

Sürpriz çempionlar: "Blekbörn" (İngiltərə - 1995), "Nant" (Fransa - 1995), "Kayzerslautern" (Almaniya - 1998), "Genk" (Belçika - 1999), "Deportivo" (İspaniya - 2000), "Boavişta" (Portuqaliya - 2001) , "Rubin" (Rusiya – 2008, 2009), "Volfsburq" (Almaniya - 2009), "Alkmaar" (Niderland - 2009), "Bursaspor" (Türkiyə - 2010), "Tvente" (Niderland - 2010), "Monpelye" (Fransa - 2012), "Lester" (İngiltərə - 2016), PAOK (Yunanıstan - 2019).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest