"Borussiya"nın hücumçusu Erlinq Holand klubu tərk etməyəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli futbolçu komandadan ayrılmaq niyyətində deyil.

19 yaşlı forvard "Real"ın diqqət mərkəzindədir. Kilian Mbappe transferində çətinlik yaşayan Madrid klubu Holandı heyətinə qatmaq istəyir. Ancaq gənc forvardın "Borussiya"dan ayrılmaq istəmədiyi bildirilir. O, İspaniyaya yolanmağın ərkən olduğunu düşünür. Onun gələn mövsüm də Dortmund təmsilçisində çıxış etmək fikrində olduğu vurğulanıb.

Qeyd edək ki, İspaniya mətbuatı norveçli futbolçunun mövsüm sonunda "Real"a keçəcəyini iddia edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest