"Borussiya"da çıxış edən Əşraf Hakimi karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "İnter" oyunçunun xidmətində maraqlıdır.

Milan klubu mərakeşli futbolçu ilə danışıq aparır. Müqavilə ilə "Real"a məxsus olan futbolçu İspaniyaya qayıtmaq istəmir. "İnter"in Hakimiyə "Borusiyya"dan daha yaxşı şərtlərdə təklif verdiyi bildirilir.

21 yaşlı futbolçu cari mövsüm Almaniyada 38 oyun keçirib və 7 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest