İngiltərə hökumətinin klublara kiçik qruplar şəklində məşqlərə icazə verməsinin ardından "Liverpul" hazırlıqlara başlayıb.

Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, Premyer Liqanın lideri bu gün klub bazasında çalışmaları bərpa edib. Bazaya gedən futbolçular arasında kapitan Cordan Hendersonla niderlandlı müdafiəçi Vircil van Deyk də olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest