"Latsio" baş məşqçi Simone İnzaqi ilə müqavilə uzadacaq. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı çalışdırıcının Roma klubu ilə sözləşmə müddəti 2023-cü ilə qədər olacaq.

Məlumata görə, gənc mütəxəssis illik 2,5 milyon avro maaş alacaq. İnzaqi 2016-cı ildən "Latsio"ya baş məşqçilik edir. O, bu müddətdə komanda ilə ölkə kuboku və iki dəfə də Super Kuboku qazanıb.

Roma təmsilçisi cari mövsüm A Seriyasında da uğurlu çıxış edir. "Latsio" İtaliya çempionatında ardıcıl 10 qələbə qazanaraq rekord qırıb.

Qeyd edək ki, romalılar 26 turdan sonra lider  "Yuventus"dan bir xal geri qalır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest