"Səbail"in futbolçusu Maykl Esyen məşqçilik etməyə hazırlaşdığını açıqlayıb. Matc.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə "Citi Sports Ghana"nın "Instagram" səhifəsindəki canlı yayımda danışıb.

O bildirib ki, addım-addım bu işlərin sirlərini öyrənir. Esyen məşqçi olmağın planlarına daxil olduğunu və gənc oyunçularla çalışmağı sevdiyini vurğulayıb.

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından "Səbail"də çıxış edir. O eyni zamanda Bakı klubunun U-19 komandasının məşqçilər heyətində də yer alır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest