"İnter" PSJ-nin hücumçusu Edinson Kavani ilə danışıq aparır. Matc.az "Corriere Dello Sport"a istinadən xəbər verir ki, yayda azad agent olacaq futbolçu İtaliyaya yollana bilər.

Məlumata görə, A Seriyası təmsilçisi "Leyptsiq"in hücumçusu Timo Verneri transfer etmək istəsə də, oyunçunun maliyyəti yüksək oldu. Bu səbəbdən də rəhbərlik Kavanini heyətinə cəlb etmək niyyətindədir. "İnter" 33 yaşındakı futbolçuya iki illik müqavilə və beş milyon avro maaş təklif edəcək.

Kavani cari mövsüm PSJ-də 22 oyun keçirib və  7 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest