15 İyun 2020, 16:50
FUTBOL
"Real"ın müdafiəçisi Əşrəf Hakimi karyerasını Premyer Liqada davam etdirə bilər. Matc.az xəbər verir ki, 21 yaşlı oyunçu ilə "Mançester Siti" maraqlanır.
İcarə əsasında "Borussiya"da çıxış edən mərakeşli futbolçunun mövsüm sonu Madrid klubuna qayıtması gözlənilir. Hakimi davamlı oynaya biləcəyi komandaya getmək istədiyni açıqlayıb. Bu səbəbdən də "şəhərlilər"ə keçə biləcəyi vurğulanıb.
Ancaq oyunçu klubun Avropadan kənarlaşdırılması ilə bağlı qərarından sonra seçimini edəcək. Məhkəmə "Mançester Siti"nin avrokuboklardan uzaqalaşdırma cəzasını ləğv edərsə, Hakimi Premyer Liqaya yollanacaq
Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm Bundesliqa keçirdiyi 31 matçda 5 qol vurub.