Azərbaycan millisinin sabiq futbolçusu David Qarayevin yeni komandası müəyyənləşib.
 
Matc.az xəbər verir ki, oyunçu "Ural" klubu ilə razılığa gəlib. Qarayevin Rusiya Premyer Liqa təmsilçisi ilə imzaladığı müqavilənin şərtləri açıqlanmayıb.   
 
Qeyd edək ki, 25 yaşlı yarımüdafiəçi 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib. Onun son klubu "Kamaz" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest