İtaliya B Seriyasında çıxış edən "Venesiya" komandasının bir futbolçusu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koronavirus testi pozitiv çıxan oyunçunun adı açıqlanmayıb. Komandanın məşqləri dayandırdığı və iki həftə karantinə alınacağı bildirilib.

Xatırladaq ki, B Seriyasında mövsümün iyunun 17-də bərpa olması planlaşdırılıb. Ancaq məlum səbəbdən "Venesiya" fasilədən sonra ilk turun oyunlarını buraxa bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest