16 İyun 2020, 10:57
FUTBOL
"Sportinq"in qapıçısı Luiş Maşimianu karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, oyunçu ilə "Barselona" maraqlanır.
Bildirilir ki, 21 yaşlı qolkiperin mövsüm sonu komandanı tərk etməsi gözlənilir. Kataloniya klubu Luişi Mark Ter Ştegenin əvəzedicisi kimi görür. Ancaq Portuqaliya U-21 millisinin üzvü "Milan"ın da maraq dairəsindədir.
Qeyd edək ki, Maşimianun klubu ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.