"Qalatasaray" qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzadacaq. Matc.az xəbər verir ki,bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak məlumat verib.
 
O bildirib ki, 34 yaşlı qolkiperlə daha iki illik müqavilə imzalanacaq. Albayrak 6 - 8 ay yaşıl meydanlardan kənarda qalan qapıçının bütün ödəmələri alacağını sözlərinə əlavə edib. 
 
Qeyd edək ki, Fernando Muslera Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnib. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb. Onun "Qalatasaray"la sözləşmə müddəti 2021-ci ilə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest