"Arminiya" klubu Almaniya Bundesliqasına vəsiqə qazanıb. Matc.az xəbər verir ki,  2-ci Bundesliqanın XXXI turunda "Hamburq" "Osnabryuk"la qarşılaşmada xal itirib – 1:1
 
Bununla da 61 xalla lider olan bilefeldlilər əsas liqaya yüksəlməyi bacarıb. "Arminiya" çepionluğu təmin etməsə də, artıq Bundesliqaya birbaşa vəsiqə qazandıran ilk iki yerdən birinə sahib çıxıb.
 
Qeyd edək ki, 11 ildən sonra güclülər sırasında olacaq komanda sonuncu dəfə 2008/09 mövsümündə Bundesliqada çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest