"çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Xavertsi heyətinə qatmaq niyyətindədir. Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçunun mövsüm sonunda komandadan ayrılacağı gözlənilir.

Məlumata görə, London klubu 20 yaşlı yarımmüdafiəçini transfer etməkdə israrlıdır. "Zadəganlar"ın yaxın günlərdə Bundesliqa təmsilçisi ilə danışıqlara başlayacağı bildirilir. 

Almaniya mətbuatı "Bayer"in Xavertsə görə 100 milyon tələb etdiyini və "Real"ın təklifinin bu rəqəmin altında olduğu üçün geri çevirildiyini yazıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2019/20 mövsümündə "Bayer"də 38 oyun keçirib və 15 qol vurub. Gənc futbolçunun klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest