"Roma"da çıxış edən Türkiyə millisinin üzvü Cengiz öndər karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "Corriere Dello Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" oyunçunun xidmətində maraqlıdır.

Bildirilir ki, "qırmızı şeytanlar" "Borussiya"da çıxış edən Yadon Sançonun transferindən vaz keçməyi düşünür. Buna səbəb Dortmund təmsilçisinin futbolçu üçün 125 milyon avro tələb etməsidir.

"Mançester Yunayted" isə bu rəqəmin çox olduğunu və alternativ kimi öndəri heyətinə qatmağı düşünür. Premyer Liqa təmsilçisinin Türkiyə millisinin üzvü üçün 30 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest