"çelsi" "Leyptsiq"in hücumçusu Timo Vernerlə beş illik müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat yayılıb.

Bildirilir ki, London təmsilçisi 23 yaşlı forvard üçün Bundesliqa klubuna 47,5 milyon funt sterlinq ödəyəcək. Verner isə "çelsi"də həftədə 170 min qazanacaq.

Almaniyalı futbolçu mövsüm bitdikdən sonra yeni klubuna qoşulacaq. Verner "çelsi"nin rəsmi saytına verdiyi açıqlamada "zadəganlar"ın böyük klub olduğunu və burada olmaqdan qürur duyduğunu bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest