"Milan "Real" ın hücumçusu Luka Yoviçi transfer etməyə hazırlaşır. Matc.az "Tuttospor"a istinadən xəbər evrir ki, A Seriyası təmsilçisi futbolçu üçün 45 miyon avro ödəməyə hazırdır.

Bildirilir ki, Milan klubu serbiyalı hücumçuya iki illik müqavilə təklif edir. "Real"da uğurlu mövsüm keçirməyən Yoviçin təkllifi qəbul edə biləcəyi gözlənilir. Əgər transfer reallaşmasa, İtaliya təmsilçisi 22 yaşlı futbolçunu icarəyə də götürə bilər.

Xatırladaq ki, Luka Yoviç İspaniyada karantin qaydalarını pozmaqla gündəmə gəlmişdi. Bu əməlindən sonra futbolçunun satılmasını qərar verildiyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest