"Avqusta qədər Almaniyaya keçmək variantı bitmişdi. Qazaxıstan və Azərbaycana yollana bilərdim. Əla maliyyə şərtlərinə baxmayaraq, bu ölkələrə getməyə həvəsli deyildim"

"Almaniyadan 2 təklif gəlmişdi. Onlarla işləmək çətindir. Dili və çempionatın xüsusiyyətlərini bilən futbolçulara üstünlük verirlər".

Matc.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq qapıçısı Yuri Lodıgin "Sport-Express" nəşriə müsahibəsi zamanı deyib. Hazırda ölkəsinin "Arsenal" klubunda çıxış edən qolkiper karyerasını Azərbaycanda da davam etdirmə variantının olduğunu etiraf edib:

"Avqusta qədər Almaniyaya keçmək variantı bitmişdi. Qazaxıstan və Azərbaycana yollana bilərdim. Əla maliyyə şərtlərinə baxmayaraq, bu ölkələrə getməyə həvəsli deyildim. Sonra Türkiyədən çağırdılar və sıfırdan başlamaq üçün yaxşı fürsət olduğunu düşündüm"

Qeyd edək ki, Yuri Lodıgin "Arsenal"a bu ilin fevralında "Qaziantep"dən keçib. O, 2013-2016-cı illərdə Rusiya millisinin heyətində 11 matçda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest