"çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante mövsüm sonu klubdan ayrıla bilər. Matc.az xəbər verir ki, London təmsilçisi fransalı futbolçunu satmağı düşünür.

Məlumata görə, "zadəganlar" "Bayer"də çıxış edən Kay Xavertsi heyətinə qatmaqda israrlıdır. Oyunçunun transferində maliyyə problemi ilə üzləşməmək üçün "çelsi" Kanteyə gələcək təklifləri nəzərdən keçirəcək. Təcrübəli oyunçunun xidmətində "Real"ın maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu koronavirus epidemiyasından ehtiyat edərək komanda ilə məşqlərə çıxmaqdan imtina etmişdi.  Ancaq fransalı ötən həftə hazırlıqlara qatılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest