"Arsenal"ın müdafiəçisi David Luisin komandadakı gələcəyi bu həftə bəlli olacaq. Matc.az xəbər verir ki, bu barədə oyunçunun agenti Kia Yurabçian məlumat verib.

O bildirib ki, Luisin London klubu ilə müqaviləsi bu ayın sonuna qədərdir. O, rəhbərliyin braziliyalı futbolçu ilə sözləşmə yeniləyib-yenilməməsinə həftəsonu qərar verəcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, 33 yaşlı oyunçu Premyer Liqanın son turunda "Mançester Siti"yə qarşı oyunda səhvləri ilə diqqət mərkəzinə düşüb. Görüşün ardından müdafiəçi azarkeşlərin təpkisi ilə üzləşib.

Qeyd edək ki, Luis 2019/20 mövsümündə "Arsenal"da 33 matç keçirib və 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest