19 İyun 2020, 13:46
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Nabi Keyta mövsüm sonu komandanı tərk edə bilər. Matc.az xəbər verir ki, rəhbərlik 25 yaşlı futbolçunun satılmasına müsbət yanaşır.
Keyta ilə "Milan"ın yaxından maraqlandığı bildirilir. A Seriyası təmsilçisi mövsüm sonu oyunçu üçün danışıqlara başlayacaq. "Liverpul"un məşqçilər heyətinin qvineyalı yarımmüdafiəçinin komandaya uyğunlaşa bilmədiyini düşünür.
Xatırladaq ki, futbolçu 2018-ci ildə "Leyptsiq"dən transfer olunub. Onun Premyer Liqa klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Keyta cari mövsüm "qırmızılar"ın heyətində 9 oyun keçirib və bir qol vurub.