19 İyun 2020, 15:26
FUTBOL
"Qəbələ"nin bir neçə futbolçusu Azərbaycan Premyer Liqasında çıxış edən klubların maraq dairəsinə düşüb. Bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.
"Qəbələ"nin bir neçə futbolçusu Azərbaycan Premyer Liqasında çıxış edən klubların maraq dairəsinə düşüb. Bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.
Əzizov rəsmisi bildirb ki, 5 oyunçu digər komandaların diqqət mərkəzindədir: "Onları istəyən klublarla şifahi danışığımız olub. Amma Azərbaycan klubları çox da transfer məbləği ödəmək iqtidarında deyillər. Baxacağıq. Həmin 5 futbolçu arasında həm yerlilər, həm də legionerlər var".
Z.Əzizov hazırda icarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda çıxış edən nigeriyalı hücumçu Ceyms Adeniyinin yenidən "Qəbələ"yə qayıtmaq ehtimalına da toxunub: "Adeniyi yüksək ödənişli futbolçudur. Yeni mövsümün büdcəsi ilə bağlı məsələ hələ müzakirə olunmadığından, bu barədə nə isə demək çətindir. Hər şeyə qarşıdakı günlərdə aydınlıq gələcək".
Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub. Daha əvvəl əyalət komandasının 3 futbolçusu - Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah" klubu ilə müqavilə bağlayıb. (report)