"Atletiko" hücumçusu Joao Feliksi satmayıb. Matc.az "Goal.com"a istinadən xəbər verir ki, rəhbərlik adı açıqlanmayan Premyer Liqa klubunun futbolçu üçün 150 milyon avroluq təklifini qəbul etməyib

Bildirilir ki, Madrid təmsilçisi portuqaliyalını uzun müddət komandada saxlamaq niyyətindədir. Bu səbəbdən də Feliks üçün gələn bütün təkliflər geri çeviriləcək.

20 yaşlı oyunçu 2019-cu ildə 126 milyon qarşılığında "Benfika"dan transfer olunub. O, cari mövsüm 29 matçda forma geyinib və 8 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest