Ukraynanın I liqa təmsilçisi "Rux" klubunda 3 oyunçu və 1 klub işçisi koronavirusa yoluxub. Matc.az xəbər verir ki, futbolçulardan 2-si müdafiəçi, 1-i yarımmüdafiəçidir.

Oyunçuların adları açıqlanmayıb. Onlarla yanaşı, daha bir neçə futbolçunun vəziyyətinin şübhəli olduğu bildirilir. Komanda hazırda karantinə alınıb. Onların yaxın gündə yenidən testdən keçəcəkləri vurğulanıb.

Məlum səbəbdən Peşəkar Futbol Liqası Lvov təmsilçisinin iyunun 24-nə nəzərdə tutulan  "Aqrobiznes"lə ev oyununun təxirə salınmasını xahiş edib.

Qeyd edək ki, Ukraynada daha əvvəl "Karpatı" klubunun 26 üzvündə koronavirus aşkarlanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest