"Liverpul"un iki futbolçusu – Endi Robertson və Muhammed Salah Premyer Liqanın 30-cu turunda "Everton"a qarşı keçiriləcək oyunu buraxa bilər. Matc.az xəbər verir ki, oyunçuların fiziki problemlərinin olduğu bildirilir.

Komandanın baş məşqçisi Yurgen Klopp da dünən oyun öncəsi keçirilən mətbuat konfrasında bunu təsdiqləyib. O, Salahla Robertsonun tam hazır olmadığını, ancaq oyunçuların oynamaq istədiklərini açıqlayıb. Futbolçular haqda son qərarın məşqçilər heyətində olduğu vurğulanıb.

 Qeyd edək ki, "Everton" - "Liverpul" görüşü bazar günü, saat 21.00-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest