18 Noyabr 2020, 10:13
PARİS-2024
UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun matçında İspaniya yığması Almaniyanı qəbul edib. "Olimpico de Sevilla La Cartuja" stadionunda baş tutan oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Jurnalist Del Montenin "twitter"də yazdığına görə, Almaniya 1931-ci ildən bəri ən böyük məğlubiyyətini alıb. Həmin vaxt Bundestimi Avstriya millisi altı qolla cəzalandırmışdı.
Qeyd edək ki, İspaniya 11 xalla UEFA Millətlər Liqasının final mərhələsinə yüksəlib.