PSJ-nin keçmiş baş məşqçisi Loran Blanın yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 55 yaşlı mütəxəssis karyerasını Qətərdə davam etdirəcək.
 
Blanın "Əl-Rayyan" klubu ilə anlaşdığı bildirilir. Mütəxəssisin yeni klubundakı köməkçilərindən biri də müəyyənləşib. Belə ki, fransalı mütəxəssisin köməkçilərindən biri Frank Passi olacaq.
 
Son olaraq PSJ-ni çalışdıran Blan 2010-2012-ci illərdə Fransa millisinə rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest