Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Qəbələ"ylə qarşılaşacaq "Qarabağ" bu gün matça hazırlığı klubun bazasında tamamlayaraq Qəbələyə yollanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə komandanın 3 futbolçusunun - Şahruddin Məhəmmədəliyev, Xayme Romero və Zamiq Əliyevin səfərə aparılmadığı qeyd olunub. Onlar 14 günlük karantin rejimində olduğu üçün bu matçda iştirak etməyəcək.
 
Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" matçına saat 15:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest