İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut özilin meneceri Erkut Söğüt futbolçunun gələcəyi ilə bağlı açıqlama verib.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, menecer, özilin "Fənərbaxça" ilə danışıq apardığını təsdiqləyib:
 
"özilin "Arsenal"la daha 6 aylıq müqaviləsi var. O, bu klubun formasını yenidən geyinmək üçün çox çalışır və çalışmağa davam edəcək. "Fənərbaxça" ilə danışıqlarımız olub. Klubun rəsmi şəxsləri ilə görüşümüz olub, amma yanvar ayından əvvəl hansısa klubla rəsmi danışıqlar apara bilmərik. Ona bir çox klubdan təklif var. Düşünürəm ki, Məsut üçün nəsə dəyişməyib. O, cari mövsümün sonunadək "Arsenal"da qalacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest