"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 14-cü turu çərçivəsində "Valensiya"ya qarşı matçda növbəti qolunu vurub.
 
Matc.az xəbər verir ki, bununla da 33 yaşlı argentinalı futbolçu Kataloniya təmsilçisində vurduğu qolların sayının 643-ə çatdırıb.
 
Messi bir klubda vurduğu qolların sayına görə braziliyalı Peleyə çatıb. Pele Braziliyanın "Santos" komandasının heyətində məhz 643 qola imza atmışdı.
 
Qeyd edək ki, "Barselona" – "Valensiya" matçı 2:2 hesabıyla başa çatıb. "Barselona"da 747-ci matçını keçirən Messi, növbəti oyunlarda daha bir qol vurmağı bacarsa, Peleni geridə qoyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest