Futbol üzrə Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
"Leyptsiq" bu turda "Köln"lə qarşılaşıb və doğma meydanda xal itirib. "Hoffenhaym" Münhenqladbax "Borussiya"sı ilə səfər matçından qalib ayrılıb. Cari mövsümdə qələbəyə həsrət qalan "Şalke" bu dəfə "Arminiya" ilə ev oyununda məğlubiyyətə üzülüb. "Maynts" evdə "Verder"ə, "Auqsburq" "Ayntraxt"a məğlub olub.
 
Turun mərkəzi görüşündə lider "Bayer" ən yaxın izləyicisi "Bavariya"nı qəbul edib. Münhen təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinməklə zirvəyə yüksəlib.
 
Almaniya Bundesliqası
13-cü tur
18 dekabr
 
Union – Borussiya (Dortmund) 2:1
Qol: Avoniyi, 57. Fridrix, 78 – Mukoko, 60.
 
19 dekabr
 
Şalke – Arminiya 0:1
Qol: Klos, 53.
 
Leyptsiq – Köln 0:0
 
Maynts – Verder 0:1
Qol: Dinkci, 90.
 
Borussiya (Münhenqladbax) – Hoffenhaym 1:2
Qol: Ştindl, 34-pen – Kramariç, 75. Sessenyon, 86.
 
Auqsburq – Ayntraxt 0:2
Qol: Framberger, 53-öz qapısına. İlsanker, 87.
 
Bayer – Bavariya 1:2
Qol: Şik, 14 – Levandovski, 43; 90+3.
 
20 dekabr
 
18:30 Frayburq – Herta
21:00 Volfsburq – Ştutqart

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest