Futbol üzrə İtaliya A Seriyasında 13-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Turun açılış matçında "Fiorentina" "Verona"nı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. "Sampdoriya" "Krotone" ilə ev oyununda inamlı qələbəyə sevinib.
 
"Yuventus" isə "Parma"nı sınağa çəkib. Turin təmsilçisi səfərdə 4 cavabsız qola sevinib.
 
İtaliya A Seriyası
13-cü tur
19 dekabr
 
Fiorentina – Verona 1:1
Qol: Vlahoviç, 19-pen – Veloso, 8-pen.
 
Sampdoriya – Krotone 3:1
Qol: Damsqaard, 26. Yankto, 36. Kvalyarella, 65 – Simi, 45+1-pen.
 
Parma – Yuventus 0:4
Qol: Kuluşevski, 23. Ronaldo, 26; 48. Morata, 86.
 
20 dekabr
 
15:30 Torino – Bolonya
18:00 Sassuolo – Milan
18:00 İnter – Spetsiya
18:00 Kalyari – Udineze
18:00 Benevento – Cenoa
21:00 Atalanta – Roma
23:45 Latsio – Napoli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest