Futbol üzrə Fransa çempionatında 16-cı tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Turun açılış matçında "Mets" "Lans"la qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
 
Marsel "Olimpik"i bu dəfə "Reyms"lə qarşılaşıb və xal itkisi ilə üzləşib.
 
Lion "Olimpik"i isə "Nitsa" ilə səfər oyununda 4 qolla qalib gəlib.
 
Fransa Liqa 1
16-cı tur
19 dekabr
 
Mets – Lans 2:0
Qol: Nquette, 30. Bulaya, 90+3.
 
Olimpik (Marsel) – Reyms 1:1
Qol: Toven, 45 – Naqatomo, 21-öz qapısına.
 
Nitsa – Olimpik (Lion) 1:4
Qol: Quiri, 44 – Depay, 32-pen. Kadevere, 39. Ekambi, 63. Auar, 73.
 
20 dekabr
 
16:00 Brest – Monpelye
18:00 Dijon – Monako
18:00 Nant – Anje
18:00 Strasburq – Bordo
18:00 Sent-Etyen – Nim
20:00 Loryan – Renn
00:00 Lill – PSJ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest