"Bizim bu il üçün Avropa macəramız başa çatdı".
 
Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Uroş Matiç "İnstaqram" hesabında yazıb.
 
30 yaşlı serb yarımmüdafiəçi qış fasiləsinədək çempionatda iki oyunlarının qaldığını xatırladıb: "Zirvədə qalmaq istəyirik. Bu gün də meydana bu məqsədlə çıxacağıq".
 
Qeyd edək ki, "Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest