Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə "Nürnberq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb, 77-də isə sarı vərəqə ilə cəzalanıb.
 
13 turdan sonra 19 xala malik "Ersgebirge" 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest