2019/20 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin formasını geyinmiş 29 yaşlı hücumçu İran futboluna qayıtmasının yanlış addım olduğunu bildirib

"İranda bəzi məsələlər oldu. İndi bu barədə danışmaq istəmirəm. Pandemiya ilə bağlı klubda maliyyə problemi yarandı ki, bu da fikir ayrılıqlarına gətirib çıxardı. Nəticədə yollarımızı ayırmağa qərar verdik".
 
Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın yeni transfer Mehdi Şərifi "footballi.net" nəşrinə açıqlamasında İranın "Peykan" klubundan ayrılması barədə danışarkən deyib.
 
2019/20 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin formasını geyinmiş 29 yaşlı hücumçu İran futboluna qayıtmasının yanlış addım olduğunu bildirib: "Mənim ən böyük səhvim Azərbaycandan ayrılıb, "Peykan"a qoşulmaq oldu. Halbuki "Sumqayıt"da yaxşı maliyyə şərtləri ilə oynayırdım. Yaxşı ki, səhvimi tez başa düşdüm və daha yaxşı təkliflə "Sumqayıt"a qayıtdım".
 
Həmyerliləri Əli Qurbani və Höccət Haqverdi ilə eyni komandada çıxış etdiyini xatırladan cənubi azərbaycanlı forvard bunun özü üçün müsbət amil olduğunu söyləyib: "Qurbani "Sumqayıt"da həm özünü yaxşı tərəfdən göstərdi, həm də ölkədə futbol üçün əla şəraitin olduğunu gördü. Haqverdi də mənimlə eyni komandadadır. Bizim eyni klubda oynamağımız yaxşıdır. Bu, daha güclü kollektiv olmağımıza kömək edəcək. Əsas hədəfimiz avrokuboklar zonasına düşməkdir. ümid edirəm ki, bunun üçün klubda münasib şərait yaradılıb".
 
Şərifi "Peykan" klubunda baş verənləri yaddan çıxarmaq və formaya düşmək üçün zamana ehtiyacı olduğunu vurğulayıb: "Əvvəlcə fiziki formamı bərpa etməliyəm. "Sumqayıt"a da bunun üçün qayıtdım. Burada hər şeyin düzələcəyinə inanıram. "Sumqayıt"a sonuncu dəfə "Persepolis"dən ayrıldığım vaxt gəlmişdim və fiziki cəhətdən çox yaxşı formada idim. Amma indi vəziyyət başqa cürdür. "Peykan"da başıma gələnlərdən sonra ideal formamı bərpa etmək üçün daha çox çalışmalıyam".
 
Qeyd edək ki, Mehdi Şərifi "Sumqayıt"la cari mövsümün sonunadək müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest