10 Mart 2021, 16:50
ÇEMPİONLAR LİQASI
İngiltərənin "Mançester Siti" və Almaniyanın "Borussiya" (Münhenqladbax) klubları arasında UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan cavab matçının yeri dəyişdirilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşma martın 16-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Matçın İngiltərədə yox, Macarıstanda keçirilməsinə koronavirus pandemiyasına görə tətbiq edilən səyahət məhdudiyyətləri səbəb göstərilib.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş də "Puşkaş Arena"da baş tutub. Həmin oyunda "Mançester Siti" 2:0 hesabıyla qalib gəlib.