"Real"ın futbol direktoru Santyaqo Solari Madrid klubunu idarə edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, Karlo Ançelotti ilə klublararası dünya çempionatına qədər yollar ayrılsa, belə bir variant mümkündür.

Solarinin artıq belə təcrübəsi var. O, 2018-ci ilin payızında Xulen Lopeteqinin qovulmasından sonra müvəqqəti olaraq komandaya rəhbərlik edib.

Xatırladaq ki, "Real" "Arsenal"a qarşı iki 1/4 final oyunundan (0:3, 1:2) sonra Çempionlar Liqasından kənarda qalıb. La Liqada isə 31 turdan sonra 66 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 70 xalla "Barselona" başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest