"Mançester Yunayted" Avropa Liqasını qazanaraq Çempionlar Liqasına vəsiqə əldə edərsə, "Sauthempton"un 19 yaşlı cinah oyunçusu Tayler Diblinqlə marağını artıracaq.

Matc.az xəbər verr ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, "Sauthempton" ingilis futbolçunun transferi üçün 100 milyon funt-sterlinq (117 milyon avro) tələb edir. "Qırmızı şeytanlar" gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanarsa, ən azı 80 milyon funt sterlinq (93 milyon avro) qazanacaq. Onlar bu pulu Diblinqin transferinə sərf etməyi düşünür.

Qeyd edək ki, bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Diblinqin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermark"t portalında futbolçunun bazar dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest