Ançelotti prioritetinin Madrid klubunda işləməyə davam etmək olduğunu bildirib.

"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyasına (CBF) açıq şəkildə bildirib ki, onun prioriteti Madrid klubunda işləməyə davam etməkdir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, "Kral klubu"nun rəhbərliyi də italiyalı mütəxəssisin "Real"ın baş məşqçisi postunda qalmaq istədiyini bilir.

Ançelottinin imtinasından sonra CBF Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna başçılıq edən Xorxe Jesusun namizədliyinə üstünlük verir.

Qeyd edək ki, daha əvvəl mətbuatda Ançelottinin cari mövsümün sonunda istefaya göndərilə biləcəyi barədə məlumatlar yayılmışdı. Onun "Real" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest