"Bavariya" yayda 26 yaşlı mərkəz müdafiəçisi Deotşankul Upamekanonu satmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Bildirilir ki, Münhen klubu fransalı futbolçu ilə yollarını ayırmağa hazırdır, çünki onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib. Upamekanonun illik 15 milyon avro maaş və bonuslar tələb etdiyi vurğulanır. "Bavariya" isə bu şərtlərlə razılaşmaq fikrində deyil.

Qeyd edək ki, bu mövsüm müdafiəçi bütün turnirlərdə 33 matçda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. 26 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest