"Ayın qolu" layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan "Sabah"ın futbolçusu Tellur Mütəllimov mükafatlandırılıb. 

Matc.az xəbər verir ki, ona Misli Premyer Liqasının 31-ci turunda bu gün "Səbail"lə görüşdən əvvəl mükafatlar təqdim olunub. 

Mükafatları "Bank Respublika Arena" stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest