Ronaldo 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etmək üçün "Əl-Nəsr"dən ayrılmağı düşünür. Londonun "Çelsi" və "Mançester Siti" Ronaldonu transfer etməkdə maraqlıdır.

Futbol tarixinin ən yaxşı bombardirlərindən olan, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldo klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport Bible"in tanınmış ərəb jurnalisti Nasir Cabbar paylaşıb.

Bildirilir ki, Ronaldo 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etmək üçün "Əl-Nəsr"dən ayrılmağı düşünür. Londonun "Çelsi" və "Mançester Siti" Ronaldonu transfer etməkdə maraqlıdır. Ronaldo turnirdə iştirak etmək üçün bu klublardan biri ilə 1 aylıq müqavilə bağlaya bilər.

Xatırladaq ki, daha əvvəl Ronaldonun mundialda iştirak etmək üçün eyni sxem üzrə "İnter Mayami" ilə müqavilə bağlaya biləcəyi bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest