"Bayer"in baş məşqçisi Xabi Alonso cari mövsümün sonunda "Real"a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Matc.az xəbər verir ki, Alonso yayılan xəbərlərə fikir vermədiyini, çempionat oyunlarına kökləndiyini deyib:

"Bizim üçün bu şayiələr anlamlı deyil. Bütün diqqətimizi mövsümün qalan hissəsinə yönəltmişik. Mövsümün hələ bitmədiyini xatırlamaq vacibdir. Daha beş liqa oyunumuz var və bunu xatırlamalıyıq.

Gələcək haqqında danışmağa ehtiyac yoxdur. Konsentrasiyanı itirmək yaxşı deyil. Bu mövzu indi vacib deyil. Mən spekulyasiya, şayiələr və ya gələcək haqqında çox danışmaq istəmirəm. Bu, düzgün hazırlıq üçün çox yaxşı deyil".

Xatırladaq ki, daha əvvəl mətbuat Alonsonun müşavirinin artıq "Real" nümayəndələri ilə danışıqlar apardığını yazmışdı. "Bayer" isə ispan məşqçinin cari mövsümün sonunda klubu tərk edə biləcəyini gözləyir.

Mətbuat dəfələrlə "Real"ın Alonsoya marağı barədə xəbərlər yayıb, lakin bu söz-söhbətlər Madrid klubunun Çempionlar Liqasını 1/4 final mərhələsində mübarizəni dayandırdıqdan sonra daha da güclənib. İspaniya nəhənginin baş məşqçisi Karlo Ançelottinin klubdakı gələcəyinin müəyyənləşməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest