12 Mart 2021, 16:36
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Haland bu həftənin ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu İspaniyanın "Sevilya" klubuna qarşı keçirdikləri cavab matçında dubla imza atmışdı.
Qeyd edək ki, "Borussiya" - "Sevilya" matçı 2:2 hesabıyla bitib.
çL-də həftənin ən yaxşı oyunçusu adına Serjio Oliveyra ("Portu", Portuqaliya), Fabinyo ("Liverpul", İngiltərə) və Keylor Navas (PSJ, Fransa) da namizəd idi.